Reşfordun zədəsi kataloniyalılara baha başa gəlir
İdman
17.02.2026 15:59
İspaniya mətbuatı Markus Reşfordun yoxluğunun “Barselona”ya ciddi problemlər yaratdığını yazır.
TodayPress TV xəbər verir ki, zədə səbəbindən son oyunları buraxan Markus Reşfordun yoxluğu fonunda “Barselona”nın nəticələri kəskin şəkildə pisləşib.
Kataloniya klubu La Liqa çərçivəsində “Jirona”ya 1:2 hesabı ilə məğlub olub. İngilis hücumçu ötən həftə “Atletiko Madrid”ə qarşı Kral Kubokunun yarımfinal matçını da diz zədəsi səbəbindən buraxmışdı.
Qeyd edək ki, Reşford icarə müqaviləsi müddətində ən yaxşı formasını tutduğu bir vaxtda zədələnib və bu vəziyyət həm oyunçu, həm də klub üçün ciddi zərbə sayılır. Zədənin ağır olmadığı bildirilsə də, onun ritmini pozduğu vurğulanır.
Reşfordun yoxluğunda “Barselona” ardıcıl uğursuz nəticələr alıb — əvvəlcə “Atletiko”dan 0:4 hesablı ağır məğlubiyyət, ardınca isə “Jirona”ya gözlənilməz uduzma.
Bu nəticədən sonra Hans-Diter Flikin komandası La Liqa turnir cədvəlində liderliyi “Real Madrid”ə uduzub.
Namiq HUN
tag: Markus Reşford,Barselona,Klub,Zədə,Problem,Todaypress.tv,
