“Red Bull”un yenilikləri Maksı geri qaytardı!
İdman
07.05.2026 12:56
Keçmiş “Formula-1” pilotu Ralf Şumaher “Red Bull” komandasının niderlandlı üzvü Maks Ferstappenin Mayami Qran-prisindəki çıxışını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Backstage Boxengasse” məlumat yayıb.
Almaniyalı mütəxəssis dördqat dünya çempionunun əvvəlki formasına qayıtdığını bildirib:
“Maks Ferstappen geri döndü. Batareya sistemində edilən dəyişikliklər bolidlərə döngələrə daha sürətli daxil olmaq və gec əyləc etmək imkanı verir. Bu isə onun sürüş tərzinə tam uyğundur.
Həmçinin “Red Bull Racing” komandasının da haqqını vermək lazımdır. İndi onların idarəolunan bolidi var. Mövsümün əvvəlində sərt davranan maşın səbəbindən Maks çox səhvlər edirdi. Görünür, yeniliklər öz effektini göstərib”.
Namiq HUN
tag: Formula-1,Ralf Şumaher,Red Bull,Maks Ferstappen,Todaypress.tv,
