“Real”ın yeni hədəfi
İdman
13.11.2025 17:11
Madridin “Real” klubu “Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq imkanını dəyərləndirir.
TodayPress TV Defensa Centrala istinadən xəbər verir ki, 22 yaşlı alman futbolçu hələ tam şəkildə Premyer Liqanın oyun üslubuna uyğunlaşa bilməyib.
Xabi Alonsonun rəhbərlik etdiyi “Real” Virtsə marağını qoruyur. Alonsonun futbolçu ilə tanışlığı onların “Bayer 04”də birlikdə işlədikləri dövrdən gəlir. Madrid klubu “Liverpul”a Virts – Rodrigo mübadiləsi təklifini irəli sürməyi planlaşdırır.
Digər tərəfdən, Rodrigo “Real”ın əsas heyətində kifayət qədər oyun vaxtı ala bilmir. Buna görə də klub rəhbərliyi onun 2026-cı ildə komandadan ayrılmasına yaşıl işıq yandıra bilər.
Transfermarkt portalına əsasən, Florian Virtsin bazar dəyəri 130 milyon avro, Rodrigonun isə 80 milyon avrodur.
Namiq HUN
tag: Real,Liverpul,Florian Virtsi,Yarımmüdafiəçi,Todaypress.tv,
