“Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı!
Florentino Peres “Real Madrid” klubunun ulduz futbolçuları - Vinisius Junior, Kilian Mbappe və Cud Bellinqemin gələcəyi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Peres xüsusilə Mbappenin keyfiyyətlərini vurğulayaraq, onun dünyanın ən yaxşı futbolçularından biri olduğunu bildirib:
“Mbappe dünyanın ən güclü oyunçularından biridir. Onun statistikasına baxmaq kifayətdir ki, nə qədər qeyri-adi futbolçu olduğunu anlayasan. Belə fenomenal oyunçunun səviyyəsinə heç kimin şübhəsi olmamalıdır. O, bizə çox fayda verəcək və əminəm ki, “Real”da böyük uğurlar qazanacaq”.
Jurnalistlərin Mbappe, Vinisius və Bellinqemin gələcəkdə də əsas heyətdə birlikdə çıxış edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Peres onların klubda qalacağını təsdiqləyib:
Söhbət hər böyük klubun heyətində görmək istədiyi müstəsna futbolçulardan gedir. Belə oyunçuların “Real”da olması bizim üçün xoşbəxtlikdir. Əlbəttə ki, onlar klubda qalacaqlar.
Qeyd edək ki, ötən mövsüm Vinisius bütün turnirlərdə 53 oyunda 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappe 44 matçda 42 qol vurub və 7 assist edib. Bellinqem isə 40 görüşdə 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Namiq HUN