“Real”dakı böhran dərinləşir - prezident istefaya çağırıldı
“Real Madrid” klubunun azarkeşləri ardıcıl ikinci məğlubiyyətdən sonra prezident Florentino Peresin istefasını tələb ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Bildirilir ki, La Liqanın XXVI turunda “Real”ın “Xetafe”yə (0:1) məğlubiyyətindən sonra “Santiago Bernabeu” stadionunun tribunalarından “Florentino - istefa!” şüarları səslənib.
Məlumata görə, bu çağırışlar matç başa çatdıqdan dərhal sonra eşidilib.
Qeyd edək ki, bu məğlubiyyət “Real” üçün La Liqada ardıcıl ikinci, komandanın yeni baş məşqçisi Alvaro Arbeloa üçün isə son 12 oyunda dördüncü uğursuzluq olub.
Namiq HUN