“Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı!

“Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı!
04.06.2026 10:42 İdman

Enrike Rikelme “Real Madrid” klubunun prezidentliyinə seçkilər öncəsində baş məşqçi məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Pomano X sosial şəbəkəsində məlumat yayıb. 

Rikelme bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə komandaya dünya futbolunun ən məşhur mütəxəssislərindən birini gətirəcək:

“Əgər seçkilərdə qalib gəlsəm, “Real”a superulduz məşqçi gətirəcəyəm. Təsəvvür edə biləcəyiniz ən böyük məşqçini komandaya qazandıracağıq. Joze  Mourinyo bizim məşqçimiz deyil. Biz “Real” azarkeşlərinin həqiqətən görmək istədiyi şəxsi gətirəcəyik”.

Xatırladaq ki, daha əvvəl klubun hazırkı prezidenti Florentino Peres növbəti seçkilərdə qalib gələcəyi halda Mourinyonu baş məşqçi təyin edəcəyini açıqlamışdı.

Beləliklə, “Real”da baş məşqçi məsələsi seçki kampaniyasının əsas mövzularından birinə çevrilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər