"Real Madrid"də insident: Valverde ilə Çuameni arasında qarşıdurma - YENİLƏNİB
İdman
07.05.2026 23:41
"Real Madrid" Valverde və Çuameni barədə araşdırma başlatdı.
TodayPress TV Real Madrid futbolçuları Federiko Valverde və Orelian Çuameni ilə bağlı araşdırmaya başlayıb.
Klubun yaydığı açıqlamada bildirilir ki, səhər saatlarında yaşanan hadisələrdən sonra hər iki oyunçu barədə intizam işi açılıb.
Araşdırma və daxili prosedurlar başa çatdıqdan sonra yekun qərarın açıqlanacağı qeyd olunub.
xxx
"Real Madrid"də ciddi insident yaşanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın "Diario AS" paylaşım edib.
Məlumata görə, Federiko Valverde bütün gün Orelian Çuamenini mayın 6-da yaşananları mediaya sızdırmaqda günahlandırıb. Çuameni isə ona yaxınlaşaraq sakit olmağı və barışmağı təklif edib. Lakin Valverde ittihamlarını davam etdirib.
Bundan sonra Orelian Çuameni Valverdenin sifətinə çox şiddətli zərbə endirib və onu anında yerə sərib. Yıxılan Valverde baş nahiyəsindən xəsarət alıb.
Futbolçu meydançadan əl arabası ilə çıxarılıb.
tag: İdman,Dünya,Futbol,Tchouameni Valverde,Todaypress.tv,
