“Real” Güleri seçdi
“Real Madrid” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
TodayPress TV xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ayın ən yaxşı futbolçusu adını Arda Güler qazanıb. Yarımmüdafiəçi oktyabr ayında meydana çıxdığı 4 matçda 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Güler “Real”a 2023-cü ilin yayında “Fənərbağça”dan transfer olunub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Namiq HUN