“Real” əfsanəsinə əfsanədən dəstək gəldi!

“Real” əfsanəsinə əfsanədən dəstək gəldi!
10.06.2026 17:31 İdman

Keçmiş tennisçi Rafael Nadal “Real Madrid” klubunun prezidenti vəzifəsinə yenidən seçilən Florentino Peres barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Nadal səsvermədə iştirak etmədiyini bildirsə də, Peresə yüksək qiymət verib:

“Mən səs vermədim. Hər iki namizəd yaxşı kampaniya apardı. Amma bu, demokratiyadır və qalib qalibdir. Mənim fikrimcə, Florentino Peres “Real”ın tarixində ən yaxşı prezidentdir. Düşünürəm ki, onun missiyası hələ başa çatmayıb”, – deyə Nadal bildirib.

Qeyd edək ki, Florentino Peres 2000-ci ildən, iki illik fasilə istisna olmaqla, “Real Madrid”ə rəhbərlik edir. Onun dövründə klub 36 titul qazanıb. Bunlar arasında 7 UEFA Çempionlar Liqası, 7 İspaniya çempionluğu, 4 UEFA Superkuboku, 5 İspaniya Superkuboku və 3 Qitələrarası Kubok yer alır.

Rafael Nadal daha əvvəl gələcəkdə “Real Madrid”in prezidenti olmaq ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı.

Xatırladaq ki, iyunun 7-də keçirilən seçkilərdə hazırkı prezident təxminən 65 faiz səs toplayaraq qalib gəlib. Seçkilərdə iş adamı Enrike Rikelme də iştirak edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər