“Real” Arda Güleri uzun illər yanında saxlamaq istəyir

“Real” Arda Güleri uzun illər yanında saxlamaq istəyir
18.11.2026 13:54 İdman

Madridin “Real” klubu türkiyəli futbolçu Arda Gülerlə müqavilənin müddətini uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid klubunda çıxış edəcək.

Arda Güler 2023-cü ilin iyulunda 18 yaşında “Real”a transfer olunub. O, klubun heyətində dörd mövsüm ərzində 126 oyuna çıxıb və 5 titul qazanıb. Türkiyə millisinin üzvü UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkubokunun qalibi olub.

Güler Türkiyə millisinin heyətində isə indiyədək 38 oyun keçirib.

Qeyd edək ki, futbolçu 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu mükafatına layiq görülüb.


Namiq HUN

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər