“Real” aparıcı yarımmüdafiəçisini itirdi
Madridin “Real” klubu yarımmüdafiəçi Federiko Valverdenin zədələndiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, bu, La Liqanın XXII turunda “Rayo Valyekano” ilə keçirilən oyundan (0:0) sonra məlum olub.
Məlumatda deyilir:
““Real Madrid”in tibbi heyəti tərəfindən aparılan müayinələr nəticəsində Federiko Valverdenin sağ ayağının yarımmembranlı əzələsində zədə aşkarlanıb. Oyunçunun bərpa prosesi diqqətlə izləniləcək”.
Namiq HUN