Ralf Şumaxer: “Ferstappenin təzyiqinə rəğmən, Norris inamlıdır”

İdman

03.11.2025 17:28

“Formula-1”in sabiq pilotu və hazırda Sky Sport eksperti olan Ralf Şumaxer Lando Norris, Oskar Piastri (“McLaren”) və Maks Ferstappen (“Red Bull”) arasında gedən çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, ekspert hazırda çempionluq mübarizəsində Lando Norrisin üstün mövqedə olduğunu deyib:

“Hazırda demək lazımdır ki, üstünlük Norris tərəfindədir. O, boliddə özünü rahat hiss edir, gülümsəyir, yarışlardan yenidən zövq alır. Bu, ona inam verir - xüsusilə də Piastrinin səhvlər etdiyini və onu keçməyin mümkün olduğunu görəndə. Əlbəttə, bu, kömək edir. Amma vəziyyət çox gərgindir, mübarizə çox sıxdır. Ferstappen təzyiq göstərir və düşünürəm ki, bu, hər iki ‘McLaren’ pilotunu narahat edir”.

Ralf əlavə edib ki, britaniyalı pilot mövsümün sonuna qədər üstünlüyünü qoruyub saxlamağı bacaracaq:

“Buna demək olar ki, şübhə etmirəm. “McLaren”in indi etdikləri çox vacibdir. Keçmişdə komanda çox güclü idi, amma son vaxtlar vəziyyət çətinləşib. Yarışda Norris çox yüksək səviyyədə idi, lakin Piastrinin vəziyyətindən görmək olur ki, əgər pilot bolidə olan hissini itirərsə, hər şey sürətlə dəyişə bilər. Bu, elə Ferstappenə də aiddir, amma o, adətən bu cür vəziyyətlərdə digərlərindən yaxşı davranır. Düşünürəm ki, Norris indiki tempini saxlaya bilər. Görünür, Piastri artıq o qədər də özünə inamlı deyil və bir az əsəbiləşib - bu isə, təbii ki, problemdir”.

Namiq HUN

TodayPress TV

tag: Ralf Şumaxer,Formula-1,Maklaren,Lando Norris,Todaypress.tv,