Qvardiola Olmo ilə, “Barselona” isə Haalandla maraqlanır

İdman

04.11.2025 09:48

“Barselona” klubu 2026-cı ilin yayında “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etmək niyyətindədir. 

TodayPress TV xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi norveçli forvard üçün “Mançester Siti”yə yarımmüdafiəçisi Dani Olmo ilə yanaşı, əlavə maliyyə kompensasiyası da təklif etməyə hazırdır. 

Məlumata görə, “şəhərlilərin” baş məşqçisi Xosep Qvardiola artıq uzun müddətdir Olmo ilə maraqlanır.

Qeyd edək ki, 27 yaşlı Dani Olmo “Barselona” akademiyasının yetirməsidir və əsas komandada 2024-cü ildən çıxış edir. O, ötən müddət ərzində bütün turnirlərdə 50 oyunda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.  Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir. 

Erlinq Haalandın isə “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Hücumçunun bazar dəyəri təxminən 180 milyon avro təşkil edir. 

Namiq HUN

tag: Mançester ,Erlinq ,Xosep ,Barselona,Todaypress.tv,