Qvardiola Fodenə böyük etimad göstərdi

İdman

02.12.2025 13:00

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Foden barədə fikirlərini bölüşüb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, Fodenin “şəhərlilər”də bütün karyerasını keçirəcəyinə ümid etdiyini bildirən ispaniyalı mütəxəssis onun meydandakı liderliyini və məsuliyyətini xüsusi vurğulayıb.

“Ümid edirəm ki, o, bütün karyerası boyu klubda qala bilər. O, xüsusi futbolçudur, akademiya illərindən ‘Mançester Siti’ azarkeşidir, bu, heç bir şübhə doğurmur. Kapitanlıq məsələsinə gəldikdə - əgər o, bunun istənməsini arzulayarsa, bəli, ola bilər. Meydanda o, hər zaman lider olub. O, soyunub-geyinmə otağında çox danışanlardan deyil, amma meydanda heç vaxt ikinci plana çəkilmir. İlk gündən məsuliyyəti öz üzərinə götürüb, meydanda inanılmaz xarizmaya malikdir”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, cari mövsümdə futbolçu bütün turnirlərdə “Mançester Siti”nin heyətində meydana çıxdığı 17 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Mançester Siti,Xosep Qvardiola,Fil Foden,Klub,Todaypress.tv,