Qvardiola: “1000 oyun - bu səviyyəyə çatmaq asan deyil”
İdman
08.11.2025 12:55
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın XI turunda “Liverpul”a qarşı keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
“Liverpul”a qarşı matç Qvardiolanın məşqçilik karyerasında 1000-ci oyun olacaq.
“İşə sadiqlik, ehtiras və sevgi - bu sahədə məni heç kim keçə bilməz. Biz “Barselona”da, “Bavariya”da və burada inanılmaz uğurlar qazandıq. Bu səviyyəyə çatmaq çətindir və indi hər şeyi yenidən başlamaq istəsəm, bacarmazdım - çoxlu oyun olmuşdu. Ümid edirəm, qələbə seriyamızı davam etdirəcəyik. Bəzən elə görünə bilər ki, mən təvazökarlıq edirəm, amma 10 oyundan yeddisini qazanırıq, bir-ikisində isə heç-heçə edirik,” - deyə Qvardiola bildirib.
Namiq HUN
tag: Xosep Qvardiola ,“Mançester Siti”,Premyer Liqa,“Liverpul”,Todaypress.tv,
