Qurbanov: “Sabah”ın şansı çoxdur, amma “Qarabağ” sonadək savaşacaq!
İdman
09.03.2026 09:30
Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis çempionluq yarışındakı gərginlik barədə danışıb.
“Çempionat heç də asan deyil. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Əfsuslar olsun ki, iki oyundan sonra fasilə olacaq və komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın birlikdə olması çox vacibdir. “Sabah”ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq”, – deyə Qurban Qurbanov bildirib.
Namiq HUN
tag: Qurban Qurbanov,Qarabağ,Sabah,Final,Todaypress.tv,
