Qurban Məmmədli dünya üçüncüsü oldu
Fransada cüdo üzrə veteranlar arasında dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Paris turnirində millimiz uğurlu start götürüb.
İlk yarış günündə M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli (+100) fəxri kürsüyə qalxıb. O, mundialın bürünc medalı uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.
Qeyd edək ki, Azərbaycan veteranların dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.
Namiq HUN