Qordon transfer şayiələrini “cəfəngiyat” adlandırdı!
İdman
21.02.2026 12:48
“Nyukasl Yunayted” klubunun hücumçusu Entoni Qordon ona olan maraqla bağlı yayılan xəbərlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, futbolçunun adı “Liverpul” və “Arsenal” klubları ilə hallandırılır.
Qordon bildirib:
“Hər şey həmişəki kimidir. Mən heç nə eşitməmişəm. Ola bilsin ki, əvvəlcə bu barədə mənə danışmalıdırlar, sonra KİV-ə. Artıq kifayət qədər təcrübəm var ki, bunun tam cəfəngiyat olduğunu anlayım. Mən özümə və komandama fokuslanmışam, hazırkı məqama köklənmişəm. Gələcəyə çox baxanda gözləniləndən aşağı nəticələr göstərməyə başlayırsan. İnanın, mən bunu əvvəllər etmişəm, amma indi belə etməyəcəyəm”.
Qeyd edək ki, Qordon 2023-cü ilin yanvarından “Nyukasl”da çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 36 oyuna çıxaraq 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Entoni Qordon,Nyukasl Yunayted,Klub,Transfer,Todaypress.tv,
