Qol sevincinin acı sonu
“Barselona” klubunun futbolçusu Dani Olmo zədələnib.
TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi La Liqada “Atletiko”ya qarşı matçda (3:1) zədələnib. 26 yaşlı futbolçu qol vuran anda uğursuz şəkildə yıxılaraq çiynindən xəsarət alıb.
Həkim müayinəsindən sonra onun çiyninin çıxığını bildirilib. Olmo təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dani Olmo cari mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 17 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN