“Qızıl top” qalmaqalı: De Paul mükafatın sahibini indidən elan etdi
Argentina millisinin və “İnter Mayami” klubunun yarımmüdafiəçisi Rodriqo De Paul hücumçu Lionel Messinin bu il “Qızıl top” mükafatına layiq olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Actu Foot” nəşri məlumat yayıb.
“Mənim üçün burada müzakirə olunası heç bir məqam yoxdur. Dünya çempionatının keçirildiyi ildə 39 yaşı olmasına baxmayaraq, Messinin etdiklərini heç kim etməyib və heç vaxt da edə bilməyəcək.
O, uzun illər ərzində yüksək səviyyədə çıxış edərək, görkəmli futbolçularla rəqabət apararaq mümkün olan bütün sərhədləri aşdı və Dünya Çempionatının ən yaxşı oyunçusu seçildi. Məncə, burada mübahisəyə yer yoxdur”, – deyə De Paul bildirib.
Xatırladaq ki, sentyabrın 8-də “France Football” jurnalı 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq.
Namiq HUN