Adil Kazımlı gümüş medal qazandı - YENİLƏNDİ
Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
O, finalda məğlub olaraq fəxri kürsününün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, taekvondoçu yarımfinalda Amet Diopa (Seneqal) qalib gəlmişdi.
***
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
TodayPress TV xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala vəsiqə uğrunda görüşdə seneqallı Amet Diopla üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran idmançımız finala vəsiqə əldə edib.
Final görüşü Bakı vaxtilə saat 22:00-da keçiriləcək.