Azərbaycan boksçusu Dakar-2026-da final görüşünə çıxacaq

Azərbaycan boksçusu Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026 23:47 İdman

Noyabrın 12-də Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın bir idmançısı mübarizə aparacaq.

TodayPress TV xəbər verir ki, boksçumuz Gülər Hüseynova (51 kq) final görüşündə qüvvəsini sınayacaq.

Dakar Ekspo Mərkəzdə keçiriləcək həlledici qarşılaşmada idmançımız Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. İdmançılarımızdan cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar.

Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə Oyunları gümüş medalla başa vurublar.

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər