Qış Olimpiadasının kralı: Klebo qızıl medalları ilə tarixi yazdı

Qış Olimpiadasının kralı: Klebo qızıl medalları ilə tarixi yazdı
18.02.2026 18:04 İdman

Norveçli xizəkçi Yohannes Klebo XXV Qış Olimpiya Oyunlarında komanda sprint yarışında həmvətənlisi Eynar Hedeqart ilə birlikdə qızıl medal qazanaraq Olimpiadalar tarixində əldə olunan qızıl medallar üzrə ikinci pilləyə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu, Klebonun karyerasında 10-cu Olimpiya qızılıdır. 

Beləliklə, o, SSRİ gimnastı Larisa Latınina, amerikalı üzgüçü Keti Ledeki, finlandiyalı atlet Paavo Nurmi, amerikalı üzgüçülər Mark Spitz və Kaleb Dressel, həmçinin amerikalı atlet Karl Lyuisi geridə qoyub.

Qeyd edək ki, Olimpiya Oyunları tarixində Klebodan daha çox qızıl medal qazanan yeganə idmançı amerikalı üzgüçü Maykl Felpsdir. Felps karyerası ərzində 23 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər