Qırmızı vərəqə və azarkeş insidenti - matçın nəticələri ağır oldu

Qırmızı vərəqə və azarkeş insidenti - matçın nəticələri ağır oldu
18.02.2026 15:16 İdman

AFFA İntizam Komitəsi Premyer Liqanın XX turunda keçirilən “İmişli” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borges birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılıb. Klub isə bu qayda pozuntusuna görə 1000 manat məbləğində cərimə olunub.

Bundan əlavə, qarşılaşmanın sonlarında Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi də cəzaya səbəb olub. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6000 manat cərimə ödəyəcək.

“İmişli”nin legioneri Dioqo Almeyda ikinci sarı vərəqə alaraq meydandan qovulduğuna görə bir oyunluq cəzaya məruz qalıb. Bölgə təmsilçisi, həmçinin fasilə zamanı kənar şəxsin meydana daxil olmasına görə 2500 manat cərimələnib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər