Qələbələr bəhrəsini verdi: Millimiz FIFA reytinqində irəlilədi!
Azərbaycan milli komandası FIFA reytinqində mövqeyini yaxşılaşdırıb.
TodayPress TV Beynəlxalq Futbol Federasiyaları Assosiasyasının rəsmi saytına istinadən xəbər verir ki, millimiz 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.
Baş məşqçi Ayxan Abbasovun yetirmələrinin reytinqdə irəliləməsinə UEFA Millətlər Liqasında Lixtenşteyn (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorra (3:1) üzərində qələbələr səbəb olub.
Qeyd edək ki, reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir.
Namiq HUN