Qələbə seriyası davam edir: Süleymanlı zirvəni ələ keçirdi!
İdman
15.04.2026 11:03
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə fərdi Avropa çempionatında liderliyə yüksəlib.
Polşanın Katovitse şəhərində keçirilən turnirdə VII turdan sonra 6 xal toplayan şahmatçımız 1-4-cü yerləri bölüşsə də, əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
TodayPress TV xəbər verir ki, Süleymanlı bu nəticəyə belçikalı Daniel Daroha üzərində qələbədən sonra nail olub. Hazırda onun aktivində 5 qələbə və 2 heç-heçə var.
Liderliyini qorumaq üçün Aydın VIII turda gürcüstanlı Nikolaz Kaçarava ilə qarşılaşacaq.
Turnirdə uğurlu çıxış edən digər təmsilçimiz Nicat Abasov isə 7 turdan sonra 5,5 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 11 turdan ibarət Avropa çempionatında ilk 20 yeri tutan şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.
Namiq HUN
tag: Aydın Süleymanlı,Şahmat,Turnir,Liderlik,Todaypress.tv,
