Qədim Gəncə Avropa çempionatına ev sahibliyi edir

Qədim Gəncə Avropa çempionatına ev sahibliyi edir
10.11.2025 09:55 İdman

Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. 

TodayPress TV xəbər verir ki, gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan çempionatda 20 ölkədən 380 gimnast iştirak edib. 

Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə Avropa çempionatının mükafatları uğrunda mübarizə aparırlar.

Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz kompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs nömrələri tamaşaçılara təqdim olunub. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər