“Qarabağ”ın U-19 komandası yenə uduzdu

“Qarabağ”ın U-19 komandası yenə uduzdu
05.11.2025 17:21 İdman

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti matçını keçirib.

TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisi “Çelsi”li həmyaşıdları ilə qarşılaşıb.

“Azərsun Arena”da keçirilən matç London təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, “Qarabağ” U-19 UEFA Gənclər Liqasının Liqa mərhələsində daha əvvəl keçirdiyi oyunlarda “Benfika” (1:7), “Kopenhagen” (0:5) və “Atletik”ə (0:3) uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər