“Qarabağ”ın məğlubiyyəti ölkəmizi 1 pillə gerilətdi

“Qarabağ”ın məğlubiyyəti ölkəmizi 1 pillə gerilətdi
20.02.2026 11:40 İdman

Avrokubokların pley-off mərhələlərinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan UEFA sıralamasında 22.937 əmsalla 27-ci yerdədir. 

“Qarabağ” klubu Çempionlar Liqasında “Nyukasl Yunayted”ə 1:6 hesabı ilə məğlub olduğundan ölkəmiz əvvəlki sıralamaya nisbətən 1 pillə geriləyib.

Sloveniya isə 23.343 əmsalla 26-cı pilləyə yüksəlib. UEFA reytinqində liderlik isə 112.352 əmsalla İngiltərəyə məxsusdur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər