“Qarabağ”da şok zədə: əsas qapıçı kritik oyun öncəsi riskdə

İdman

16.02.2026 17:51

Azərbaycan Premyer Liqasının XIX turunda “Şamaxı” ilə keçirilən matç zamanı “Qarabağ”ın qapıçısı Mateuş Koxalski zədələnib.

TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, polşalı qolkiper hazırda komandanın həkim briqadasının nəzarəti altında müalicəsini davam etdirir.

“Qarabağ” klubunun mətbuat xidməti futbolçunun növbəti oyunlara qatılıb-qatılmayacağının hələ də sual altında olduğunu açıqlayıb:

“Tibbi heyət oyunçunun sağlamlığının tam bərpası üçün lazımi prosedurları həyata keçirir. Komanda həkimləri onun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək ‘Nyukasl Yunayted’lə qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsi üçün səylərini davam etdirirlər”.

Namiq HUN

TodayPress TV

tag: Mateuş Koxalski,Qarabağ,Qapıçı,Zədə,Todaypress.tv,