“Qarabağ”da intizam pozuntusuna görə cəzalar sərtləşdirilir

İdman

12.05.2026 17:33

“Qarabağ” klubunun əsas komandasından uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynovla bağlı yeni iddialar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “sportinfo.az” məlumat yayıb.

İddiaya görə, Qurban Qurbanov futbolçuların artıq klubun Suraxanıda yerləşən bazasına gələrək fərdi məşqlər keçməsinə də icazə verməyib.

Xatırladaq ki, intizam qaydalarını pozduqları üçün Elvin Cəfərquliyev və Abbas Hüseynov əsas komandadan uzaqlaşdırılıblar. Bildirilir ki, futbolçuların “Şamaxı” klubu ilə oyundan sonra əyləncə məclisi təşkil etməsi baş məşqçinin narazılığına səbəb olub və nəticədə hər iki oyunçu əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, Abbas Hüseynovun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Elvin Cəfərquliyevin isə “Qarabağ” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Elvin Cəfərquliyev,Abbas Hüseynov,Qurban Qurbanov,Qarabağ,Todaypress.tv,