"Qarabağ" Premyer Liqada mövsümü qələbə ilə başa vurdu
"Qarabağ" Azərbaycan Premyer Liqasında mövsümü qələbə ilə başa vurub.
TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisi sonuncu - 33-cü turda "Sumqayıt"ı məğlub edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma 4:3 hesabı ilə bitib.
"Köhlən atlar"ın qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə Aleksey Kaşuk vurub. Meydan sahiblərinin heyətində Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev 90+3-cü dəqiqədə fərqlənib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 69-a çatdırıb. "Sumqayıt" 41 xalla yeddincidir.