"Qarabağ" kubokun finalına yüksəldi

"Qarabağ" kubokun finalına yüksəldi
04.03.2026 23:10 İdman

Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.

TodayPress TV  xəbər verir ki, ikinci oyun günündə bir görüş baş tutub.

"Qarabağ" evdə "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın son dəqiqəsində “Şamaxı” penaltidən yararlana bilməyib.

Bu nəticə ilə “Qarabağ” kubokun yarımfinalına vəsiqə qazanıb. "Qarabağ" yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər