“Qarabağ” Kadi Borgesi itirdi

“Qarabağ” Kadi Borgesi itirdi
06.11.2025 15:10 İdman

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçi Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Həkim müayinəsinin nəticələrinə əsasən, K.Borgesin sol fibulasında sınıq aşkarlanıb.

Bu səbəbdən braziliyalı futbolçunun müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək. 

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər