“Qarabağ” icarə təklifini qəbul etmədi
İdman
12.12.2025 13:29
“Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə ölkəsinin məşhur “Botafoqo” klubu ciddi şəkildə maraqlanır.
TodayPress TV-nin Braziliya KİV-nə istinadən verdiyi məlumata görə, A seriyası təmsilçisi artıq “Qarabağ” klubuna rəsmi təklif göndərib.
“Botafoqo” futbolçunu icarəyə götürmək və müəyyən şərtlər yerinə yetirildiyi halda satınalma öhdəliyinin işə düşəcəyi variantını irəli sürüb. Lakin “Qarabağ” bu təklifi qeyri-qənaətbəxş hesab edərək rədd edib.
Bildirilir ki, Azərbaycan çempionu yalnız dərhal ödəniş şərti ilə danışıqları davam etdirməyə hazırdır.
Bununla belə, Rio-de-Janeyro klubu Bikalyonu heyətinə qatmaqda israrlıdır və 2026-cı il mövsümü üçün futbolçu ilə bağlı yeni təklif üzərində işləyir.
Namiq HUN
tag: Qarabağ,Pedro Bikalyo,İcarə,Təklif,Todaypress.tv,
