“Qarabağ” daha bir aparıcı futbolçusunu itirə bilər!
Kevin Medina “Qarabağ”dan ayrılmağa yaxındır.
TodayPress TV xəbər verir ki, “Qarabağ” klubunun müdafiəçisi Kevin Medina karyerasını başqa komandada davam etdirə bilər.
“Futbolxeber.az”ın yaydığı məlumata görə, 33 yaşlı kolumbiyalı futbolçu Asiya ölkələrindən birinin klubundan sərfəli təklif alıb. Adı açıqlanmayan klubun Medina üçün yüksək maliyyə şərtləri irəli sürdüyü bildirilir.
Məhz bu səbəbdən təcrübəli müdafiəçinin yay transfer dövründə Ağdam təmsilçisini tərk etməsi ehtimalı böyükdür.
Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun klubla mövcud müqaviləsinin müddəti daha bir il davam edir.
Namiq HUN