Qana millisinin bir futbolçusu mundialda oynayamayacaq - SƏBƏB
Qana millisinin yarımmüdafiəçisi Tomas Parti 2026-cı il dünya çempionatında iştirak etmək üçün Kanadaya giriş vizası almaq cəhdində rədd cavabı ilə üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu mundial çərçivəsində iyunun 18-də Panama millisinə qarşı keçiriləcək ilk oyunu buraxacaq.
Bildirilir ki, Partiyə viza verilməməsi barədə qərar Kanada hökuməti tərəfindən qəbul edilib. Kanada hökumətinin rəsmi saytında qeyd olunur ki, "əgər siz cinayət törətmisinizsə və ya buna görə məhkum olunmusunuzsa, Kanadaya girişiniz qadağan edilə bilər".
Xatırladaq ki, 2025-ci ilin iyulunda Tomas Parti London polisi tərəfindən bir neçə epizod üzrə zorlama ittihamı ilə təqsirləndirilib. Qanalı futbolçu ittihamları qəbul etməyib və hazırda məhkəmə prosesini gözləyir.