Qana millisi mundial öncəsi ağır itki aldı

Qana millisi mundial öncəsi ağır itki aldı
27.05.2026 11:37 İdman

“Tottenhem” klubunun qanalı futbolçusu Məhəmməd Kudus DÇ-2026-nı buraxacaq.

TodayPress TV İngiltərə mətbuatına istinadən xəbər verir ki, səbəb vingerin zədədən əziyyət çəkməsidir. 

25 yaşlı futbolçu yanvarın 4-də Premyer Liqanın XX turunda “Sanderlənd”ə qarşı matçda (1:1) xəsarət alıb. Vingerin zədəsi aprel ayında yenidən təkrarlanıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Qana millisi L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər