Bu il Qarabağa 2 milyard manat pul qoyulub -RƏSMİ

Bu il Qarabağa 2 milyard manat pul qoyulub -RƏSMİ
29.10.2026 13:28 Sosial

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 1 milyard 761,4 milyon manat vəsait yönəldib.

Bu barədə TodayPress TV Maliyyə Nazirliyindən məlumat verilib.

Həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər