“24 saata xəritəni dəyişərik” – Türkiyədən İsrailə gözdağı

“24 saata xəritəni dəyişərik” – Türkiyədən İsrailə gözdağı
29.10.2026 11:57 Dünya

Yaxın Şərqdə onsuz da gərgin olan hərbi-siyasi vəziyyətə Ankara ilə Təl-Əviv arasındakı mümkün qarşıdurma müzakirələri də əlavə olunub. Türkiyəli ehtiyatda olan hərbçinin səsləndirdiyi sərt bəyanat iki ölkənin hərbi imkanlarını və birbaşa toqquşma ehtimalını yenidən gündəmə gətirib.

TodayPress TV “Global Surveillance”  “X” kanalına istinadən xəbər verir ki ,Türkiyənin ehtiyatda olan qərargah polkovniki, doktor Çağlar Özər bildirib ki, İsrail Türkiyəyə birbaşa hücum etmək kimi ağılsızlığa yol versə, cəmi 24 saat ərzində İsrailin coğrafiyası dəyişər və türk komandirləri Təl-Əvivdə qəhvələrini içərlər.

O, bu fikirləri sərt xəbərdarlıq kimi səsləndirib və Türkiyə ordusunun hazır olduğunu vurğulayıb. Belə bir hücumun İsrail üçün ciddi səhv olacağını bildirib.

Bu açıqlama real hərbi əməliyyat planından daha çox xəbərdarlıq xarakteri daşıyır. Türkiyə ilə İsrailin ortaq quru sərhədi yoxdur. Bu səbəbdən Türkiyənin quru qoşunları ilə İsrailə daxil olması üçün Suriya ərazisindən və ya Aralıq dənizi istiqamətindən istifadə etməsi lazım gələrdi.

Türkiyə NATO üzvüdür və adi silahların sayına görə daha böyük hərbi imkanlara malikdir. İsrail isə yüksək texnologiyalı müdafiə sistemləri, güclü hava qüvvələri və nüvə çəkindirmə imkanları ilə seçilir.

Təqdim olunan xəritə animasiyası Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanı təsvir edir.

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər