ABŞ-nin neft ehtiyatları azalır

ABŞ-nin neft ehtiyatları azalır
29.10.2026 13:23 Dünya

ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon 900 min barel azalaraq 410 milyon 600 min barel olub. Bazar proqnozları ehtiyatların 100 min barel artacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 100 min barel azalaraq 282 milyon 600 min barel səviyyəsində qalıb. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3 milyon 900 min barel artaraq 209 milyon 200 min barel təşkil edib.

TodayPress TV 

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər