"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər

"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər
16.11.2025 06:40 İdman

"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişə bilər.

TodayPress TV xəbər verir ki, "Göztepe" avstriyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İzmir klubu "Qalatasaray"da heyətə düşə bilməyən Yusufu icarəyə götürmək istəyir. 22 yaşlı oyunçu özü "Göztepe"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer edib. Avstriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər