“Qalatasaray”da hakim qəzəbi: Buruk penalti qərarını tənqid etdi

“Qalatasaray”da hakim qəzəbi: Buruk penalti qərarını tənqid etdi
10.09.2026 09:14 İdman

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sportinq”ə 1:3 hesablı məğlubiyyətdən sonra görüşün həlledici məqamlarını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Türkiyəli mütəxəssis oyunda hakim qərarlarının da mühüm rol oynadığını bildirib:

“Biz erkən qol vurduq, topa sahib olduq və oyuna nəzarət etdik. İlk hissəni çox rahat keçirdik. Rəqib qapımıza yaxınlaşa belə bilmirdi. Topa sahib olur, epizodlar yaradır və rəqibi öz meydanının yarısına sıxışdırırdıq. Hər şey çox yaxşı gedirdi. Sonra isə çox asan qol buraxdıq. Rəqibin cəmi bir zərbəsi oldu və o da qolla nəticələndi. Hesab 1:1 oldu.

İkinci hissənin əvvəli də bizim üçün pis keçmədi. Amma təyin olunan penalti... Çempionlar Liqası səviyyəsində belə penalti təyin etmək! Biz Türkiyədə bundan şikayətlənirik. Amma Çempionlar Liqasında da belə hal baş verdi”.

Qeyd edək ki, bu məğlubiyyət “Qalatasaray”ın cari mövsümdə bütün turnirlərdə ilk uğursuzluğu olub. Okan Buruk daha əvvəl görüşün norveçli baş hakimi Espen Eskasa sərt şəkildə etiraz edib.

Namiq HUN

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər