“Qalatasaray” Messini icarəyə götürmək istəyir
İdman
08.11.2025 11:30
Türkiyənin “Qalatasaray” klubu ABŞ-nin “İnter Mayami” komandasının hücumçusu Lionel Messiyə maraq göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə Fotomac nəşri məlumat yayıb.
Bildirilib ki, klub 38 yaşlı argentinalı futbolçunu MLS mövsümləri arasındakı fasilədə dörd aylıq icarəyə götürmək imkanını nəzərdən keçirir.
MLS-in müntəzəm mövsümü oktyabrda başa çatıb, pley-off mərhələsi isə dekabrın əvvəlində bitəcək. Bundan sonra Messi növbəti mövsümün başlayacağı mart ayına qədər uzun fasilə verəcək. Bu futbolçunu formadan düşməmək və 2026-cı il dünya çempionatına hazırlığını qorumaq üçün qısamüddətli icarəyə razılaşmağa sövq edə bilər. “Qalatasaray” rəhbərliyi vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, cari mövsümdə Messi “İnter Mayami”nin heyətində 41 oyuna çıxıb, 38 qol vurub və 16 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: “Qalatasaray” klubu ,“İnter Mayami”,Lionel Messi,İcarə,Todaypress.tv,
