Qadın karateçimiz Avropa çempionu oldu

İdman

23.05.2026 22:30

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

TodayPress TV

tag: Azərbaycan,Mədinə Sadıqova,Almaniya,Avropa ,TodayPress TV,