Qadın futbolçulardan ibarət millimiz Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçulardan ibarət millimiz Şimali Makedoniyanı məğlub etdi
09.06.2026 23:34 İdman

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

TodayPress TV  xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 1:3. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurublar.

Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.

TodayPress TV 

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər