Qabriel Jesus üçün yeni səhifə! Braziliyalı “Barselona”ya keçdi

Qabriel Jesus üçün yeni səhifə! Braziliyalı “Barselona”ya keçdi
01.09.2026 17:03 İdman

İspaniyanın “Barselona” klubu braziliyalı hücumçu Qabriel Jesusun “Arsenal”dan transferini rəsmən elan edib.

TodayPress TV xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Transferin məbləği 10 milyon avro təşkil edəcək. Bundan əlavə, “Arsenal” futbolçunun yeni klubundakı göstəricilərindən asılı olaraq bonuslar əldə edəcək.

Qabriel Jesus 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinirdi. Bu müddətdə 123 oyunda meydana çıxan hücumçu 32 qol vurub və 22 məhsuldar ötürmə edib.

Futbolçunun London təmsilçisi ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. 

“Transfermarkt” portalında 29 yaşlı futbolçunun bazar dəyəri 17 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Qabriel Jesus üçün yeni səhifə! Braziliyalı “Barselona”ya keçdi — 1
XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər