Pul, yoxsa zirvə futbolu? Levandovski dilemması
İdman
09.05.2026 11:45
Robert Levandovski gələcək karyerası ilə bağlı həlledici mərhələyə daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Barselona” klubunda çıxış edən polşalı hücumçuya iki fərqli istiqamət təklif olunub:
“Barselona” - daha aşağı maliyyə şərtləri, lakin yüksək səviyyəli futbol və rəqabət.
“Çikaqo Fayr” - illik təxminən 15 milyon avro + 5 milyon bonus (vergi çıxılmadan).
Qeyd edək ki, Levandovskinin gələcək seçiminə təkcə maaş deyil, həm də komandadakı rolu təsir edir. “Barselona”da onun əsas oyunçu statusunu itirmə ehtimalı var.
Hazırda futbolçunun agenti “Barselona2da danışıqlar aparır. Klub prezidenti Joan Laporta, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deko ilə görüşlər planlaşdırılır
Son qərarın Flikin mövqeyindən də asılı olacağı bildirilir.
Robert Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir və hazırkı müqaviləsi 4 illikdir. Lakin MLS-dən gələn ciddi maliyyə təklifi onun Avropadakı gələcəyini sual altına alıb.
Namiq HUN
tag: Robert Levandovski,“Barselona”,Pul ,Futbol ,Todaypress.tv,
