Azərbaycanda dörd buynuzlu qoç satılır - FOTO

Azərbaycanda dörd buynuzlu qoç satılır - FOTO
24.11.2026 13:52 Sosial

Ağcabədidə qeyri-adi görünüşü ilə diqqət çəkən dörd buynuzlu qoç maraq doğurub.

TodayPress TV xəbər verir ki, Ağcabədi rayonunun Qiyaməddinli kəndində qeyri-adi görünüşü ilə seçilən dörd buynuzlu qoç satışa çıxarılıb. Adi qoçlardan fərqli olaraq dörd buynuza malik olan heyvanı görənlər təəccüblərini gizlədə bilməyiblər.

Heyvanın sahibi bildirib ki, digər iki buynuz sonradan çıxaraq böyüməyə başlayıb. Qoça göstərilən marağın artdığını nəzərə alan sahibi onu satışa çıxarmaq qərarına gəlib.

Dörd buynuzlu qoçun satışı ilə bağlı elan Heyvanal.az saytında yerləşdirilib. Heyvanın fotosu və satış elanı da saytda paylaşılıb.

Qeyd edək ki, qoç hazırda satışdadır. Onun qiyməti, satış şərtləri və digər ətraflı məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.

TodayPress TV 


XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər