PSJ-Mbappe savaşı bitmir: milyonluq qalmaqal davam edir

İdman

20.02.2026 09:20

PSJ klubu “Real Madrid”də çıxış edən hücumçu Kilian Mbappeyə qalan 6 milyon avroluq borcdan 4 milyon avro köçürüb. Lakin tərəflər arasında maliyyə mübahisəsi hələ də yekunlaşmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, məhkəmə icraçılarının klub ofisinə səfərindən sonra Paris təmsilçisi keçmiş futbolçusuna qismən ödəniş edib. Daha əvvəl əmək məhkəməsi PSJ-ni futbolçuya ümumilikdə 60,9 milyon avro - maaş borcu, bonuslar və hesablanmış faizlərlə birlikdə ödəməyə məcbur etmişdi. Əsas məbləğ daha əvvəl köçürülsə də, 2 milyon avroluq fərq hələ də mübahisə predmetidir. Klub isə oyunçu ilə tam hesablaşdıqlarını bildirir.

Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında PSJ-dən ayrılaraq “Real Madrid”ə azad agent kimi keçməsindən sonra yaranıb. Danışıqlar davam edir və yenidən məhkəmə müdaxiləsi istisna olunmur.

Namiq HUN

TodayPress TV

tag: PSJ klubu, “Real Madrid”, Kilian Mbappe, Paris ,Todaypress.tv,